Təmsilçimiz qrupda sonuncu pillədə qərarlaşıb.
Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda İngiltərənin “Tottenhem” klubunu qəbul edib.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu matçın 78-ci dəqiqəsində Harri Keyn vurub.
Bu qrupun digər oyununda “Anderlext” səfərdə “Monakonu”i 2:0 hesabı ilə məğlub edib.
Beləliklə 4 turdan sonra qrupa 10 xalla “Tottenhem” başçılıq edir, “Anderlext” 7 xalla ikinci, “Monako” 6 xalla dördüncü, “Qarabağ” isə 4 xalla sonuncu pillədə qərarlaşıb.
7news.az








