RU
Qarabağ məğlubiyyətdən son anda xilas oldu – VİDEO
08:58
445

Qarabağ məğlubiyyətdən son anda xilas oldu – VİDEO

Dünən Avropa Liqasında qrup mərhələsinə start verilib. 

7News.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ” Çexiya təmsilçisi "Slovan”ı qəbul edib.

Oyunda ilk sevinən tərəf qonaqlar olub. 10-cu saniyədə "Slovan”ın heyətində Yan Sikora topu İbrahim Şehiçin qoruduğu qapıdan keçirib. 

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın cavabı özünü çox gözlətməyib. 7-ci dəqiqədə Miçel hesaba tarazlıq gətirib. 

İkinci hissəyə də Çexiya klubu daha aktiv başlayıb. Nəticədə matçın 69-cu dəqiqəsində ”Qarabağ” qapısında daha bir top görüb. Milan Baroş komandasının ikinci topunu vurub.

Oyunun son dəqiqəsində Rəşad Sadıqov güclü zəbrə vurduğu qolla hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə başa çatıb. 
Bununla da "Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda 1 xal qazanıb.

7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ