“ATƏT məkanında köhnə münaqişələr həllini tapmamış yeni münaqişələr meydana gəlib”.
7News.Az “İnterfaks”a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Ştaynmayerin sözlərinə görə, ATƏT çox çətin vəziyyətə düşüb: “Yeni problemlər yaranıb. Odur ki, həll olunmamış münaqişələrin qaynar mərhələləyə keçənə qədər həll edilməsi vacibdir”.
Nazir bildirib ki, “dondurulmuş” münaqişələrin hər zaman aktiv qaynar mərhələyə keçməsi riski mövcuddur: “Biz bunu Dağlıq Qarabağ münaqişəsində müşahidə etdik. Buna görə də Almaniya ATƏT-ə sədrliyi dövründə “dondurulmuş” münaqişələrin həlli məsələsini qarşıya məqsəd qoyub”.








