RU
14:50
979

"Qarabağ münaqişəsini işıqlandıran KİV məsuliyyətli olmalıdır"

Rusiya Xarici İşlə Nazirliyi (XİN) "Lifenews" kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, KİV-in işinə hörmət etmək lazımdır: "KİV-in işi onların redaksiya siyasətinə görə məhdudlaşdırılmamalıdır. Lakin KİV də həmin ölkənin qanunvericiliyinə riayət etməlidir".

 M. Zaxarova Dağlıq Qarabağ münaqişəsini işıqlandıran KİV-i məsuliyyətli olmağa çağırıb: "KİV hadisəslərə obyektiv yanaşmalıdır. Xüsusən bu cür çoxlu saylı insan itkisi ilə müşayiət olunan münaqişə işıqlandırılan zaman buna daha çox diqqət yetilrməlidir. Münaqişənin işıqlandırılması zamanı hansısa tərəfin mövqeyini müdafiə etmək qəbuledilməzdir. KİV bunun məsuliyyətini dərk etməlidir".

 Rusiya XİN sözçüsü KİV-i baş verən hadisələrə rəng verməməyə, obyektiv olmağa çağırıb: "Öz ölkələrindən başqa dünyanın bir sıra ölkəsində Azərbaycan və Ermənistan xalqlarının nümayəndələri yaşayır. KİV-in tərəfli mövqeyi onlar arasında milli zəmində qarşıdurmaya səbəb ola bilər". /apa

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ