Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
7News.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq.
Ağdam klubu qrup lideri olan “Monako”nu qəbul edəcək. Qurban Qurbanovun komandası Fransadakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Hazırda sonuncu pillədə olan Azərbaycan çempionu qələbə sayəsində qrup lideri də ola bilər. Bunun üçün “Tottehnem” – “Anderlext” matçında bərabərlik qeydə alınmalıdır.
5 noyabr
Avropa Liqası, qrup mərhələsi
J qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa)
Baş hakim: Pavel Kristian Balay
Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
|
Komandalar |
Q |
Xal |
|||||
|
1. |
Monako (Fransa) |
3 |
1 |
2 |
0 |
3:2 |
5 |
|
2. |
Tottenhem (İngiltərə) |
3 |
1 |
1 |
1 |
5:4 |
4 |
|
3. |
Anderlext (Belçika) |
3 |
1 |
1 |
1 |
3:3 |
4 |
|
4. |
Qarabağ (Azərbaycan) |
3 |
1 |
0 |
2 |
2:4 |
3 |








