RU
13:55
2433

""Qarabağ" qalib gəlsə, qol vuran futbolçunu 3 gün oteldə..." - NAZ BU SÖZÜNÜ TUTACAQMI? - AÇIQLAMA

Bildiyimiz ki, "Kopenhagen"lə təmsilçimiz "Qarabağ" klubu ötən gün çətin sınaqdan keçdi. "Qarabağ" klubumuz UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

7news.Az xanim.az-a istinadən xəbər verir ki, günlərdir məşhurlar sosial şəbəkədə "Qarabağ" qalib gələrsə şüarı altında izləyicilərinə vədlər veriblər.

Onlardan biri də model və Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhulaşan Naz Mila olub. O, ""Qarabağ" qalib gələrsə qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm. 3 gün ən bahalı otel və ən lüks maşınla təmin edərəm. İstədiyi kimi əylənsin. Çıxdığım ilk canlı yayımda da "Qarabağ"ı qələbəsi münasibəti ilə təbrik edərəm" deyə vəd vermişdi. Lakin məşhur Mila sözündən yayınaraq növbəti dəfə bu açıqlamanı verib:

"Xatırlatma edim ki, turu keçərsə demədim, bu oyunda qalib gələrsə dedim. Nəticə 2-1 oldu, qonaqlıq falan yoxdur. Amma canımız qurban vətənimizə, millətimizə!
Amma o Dino gəlsə yenə başımız, gözümüz üstə yeri var."


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ