Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
7news.Az xəbər verir ki, turun son qarşılaşmasında "Qarabağ” və "Qəbələ” klubları üz-üzə gəliblər.
"Azərsun Arena”da keçirilən matç Qurban Qurbanovun yetirmələrinin 2:1 hesablı bərabərliklə başa çatıb.
Hesabı 64-cü dəqiqədə qonaqlar açıblar. Filip ozobiç fərqlənib. Matçın başa çatmasına dörd dəqiqə qalmış hakim "Qəbələ”nin qapısına penalti zərbəsi təyin edib. Riçard Almeydə bu fürsətdən dəqiq yararlanaraq oyunda bərabərliyi bərpa edib. Hakimin əsasə vaxta əlavə etdiyi beşinci dəqiqədə isə Dino Ndlovu "Qarabağ”ın qələbə topunu vurub.
Bu nəticədən sonra ağdamlılar turnir cədvəlində ilk pilləyə yüksəliblər. "Qarabağ” klubunun hesabında 31 xal var. "Qəbələ” 28 xalla ikici, "İnter” isə 24 xalla üçüncüdür.
Turnir cədvəli
|
№ |
Komanda |
Xal |
Oyun |
|
1. |
Qarabağ |
31 |
13 |
|
2. |
Qəbələ |
28 |
13 |
|
3. |
İnter |
24 |
13 |
|
4. |
Kəpəz |
15 |
13 |
|
5. |
Zirə |
15 |
13 |
|
6. |
Sumqayıt |
14 |
13 |
|
7. |
Neftçi |
9 |
13 |
|
8. |
AZAL |
9 |
13 |
7news.Az








