Bu gün Avropa Liqasının "pley-off" mərhələsinə yekun vurulacaq.
Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" cavab matçına evdə çıхıb.
Premyer Liqanın son qalibi İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşü litvalı FIFA referisi Gediminas Majeyka idarə edib.
"Köhlən atlar" rəqibi darmadağın edib. Oyun 3:0 "Qarabağ"ın xeyrinə başa çatıb.
"Qarabağ" Berndəki oyunda 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən təmsilçimizə evdə istənilən hesablı qələbə və heç-heçə sərf edirdi. "Qarabağ" "Yanq Boyz" səddini keçdiyinə görə, ardıcıl ikinci mövsümdə Avropa Liqasının qrupunda oynayacaq.
Qeyd edək ki, "Yanq Boyz" klubu 1898-ci ildə yaradılıb. Bern təmsilçisi 117 illik tariхi ərzində 11 dəfə İsveçrə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Liqa Kubokunun qalibi olub. Son mövsümü 2-ci Super Liqanın ikinci pilləsində başa vuran komandaya müvəqqəti olaraq Harald Qamperle başçılıq edir. O, "Monako" ilə oyundan sonra istefa verən Uli Forteni əvəzləyib.
"Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsindən başlayıb. Bu mərhələdə Çernoqoriyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran (0:0, 1:0) Azərbaycan çempionu ardınca "Seltik"ə yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb. "Yanq Boyz" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən start verib və "Monako"ya uduzub (1:3, 0:4)./olaylar
7news.az
//



