RU
“Qarabağ” son dəqiqələrdə qələbəni əldən verdi
22:35
1278

“Qarabağ” son dəqiqələrdə qələbəni əldən verdi

Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

7news.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda Çexiya çempionu “Viktoriya”nı qəbul edib.

Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 28-ci dəqiqədə Muarem Muarem ağdamlıları hesabda irəli çıxarıb. Lakin Qurban Qurbanovun yetirmələri bu hesabı sona qədər qoruya bilməyiblər.

Qarşılaşmanın sona çatmasına 5 dəqiqə qalmış Mişel Krmençik oyunda tarazlıq yaradıb. 

Çexiyada keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatdığından, “play-off” mərhələsinə yüksələn tərəf “Viktoriya” olub.

“Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ