"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.
Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmaya Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə meydan sahibləri üstün başlayan tərəf olub. 7-ci dəqiqədə Toral Bayramovun zərbəsini Co Lyuis dəf edib. 25-ci dəqiqədə Qara Qarayevin uzaq məsafədən zərbəsi qapının yanından keçib. "Köhlən atlar" 30-cu dəqiqədə hesabı açmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Xayme Romero topu qapıdan keçirib. "Aberdin" ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməkdə çətinlik çəkib.
İlk yarı bu hesabla başa çatıb. İkinci hissədə də "Qarabağ" oyuna daha çox nəzarət etsə də, başqa qol vurulmayıb. 85-ci dəqiqədə Kristian Ramiresin zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev topu asanlıqla tutub. Sonuncu dəqiqələrdə Marko Veşoviç qapıçı ilə təkbətək qalsa da, fərqi artıra bilməyib.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.
7NEWS.Az








