RU
21:38
86

"Sürix" "Qarabağ"la oyunda növbəti dəfə fərqi azaldıb -YENİLƏNİB

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub. 

7NEWS.Az-ın məlumatına görə, 85-ci dəqiqədə qonaqların futbolçusu Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib. 

Azərbaycan təmsilçisi hazırda 3:2 hesabı ilə öndədir. 

21:21

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda daha iki qol vurulub. 

7NEWS.Az-ın məlumatına görə, 65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb. 

Bir dəqiqə sonra isə İbrahima Vadji özünün ikinci, "Qarabağ"ın üçüncü qoluna imza atıb. 

21:00

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub. 

7NEWS.Az-ın məlumatına görə, "köhlən atlar" ikinci dəfə rəqibi mərkəzə dəvət ediblər. 

Bu dəfə İbrahima Vadji fərqlənib. 

20:17

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

7NEWS.Az-ın məlumatına görə, "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapıdan keçirib. 

"Qarabağ"ın qolunu Kadi Borges vurub. 

20:00

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ