RU
“Qarabağ tariximizi öyrənirik - Xocalı” adlı intellektual yarış keçirilib
21:25
1337

“Qarabağ tariximizi öyrənirik - Xocalı” adlı intellektual yarış keçirilib

Xocalı sakinlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Gənclər üçün Təhsil Mərkəzi və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir Xocalının tarixi, mədəniyyəti, coğrafiyası haqqında gənclərin biliklərini artırılmasına və 24 il bundan öncə baş vermiş soyqırım faktlarını gənclər arasında təbliğinə həsr olunmuşdur.

İntellektual yarışın açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək, Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağını, Azərbaycan  gəncliyinin  tez bir zamanda  Xocalı tarixinə ,mədəniyyətinə sahiblənəcəyini  və Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövləşəcəyini, Azərbaycan ordusunun böyük qələbəyə tezliklə çatacağını vurğulamışdır.

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digərləri çıxış edərək, XX əsrin ən dəhşətli faciəsinin başvermə səbəblərindən, Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayətdən, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə çatdırılması istiqamətində görülən işlərdən danışmışdırlar. Çıxış edənlər beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətini yüksək qiymətləndirmiş, bu kimi tədbirlərdə gəncləri fəal iştirak etməyə səsləmişdirlər.

Daha sonra yarış öz işinə başlamışdır. Maarifləndirmə xarakterli tədbirdə Xocalı rayonunun ümumtəhsil məktəblərindən 10 komanda iştirak etmişdir. Yarış iştirakçıları “Könlüm keçir Qarabağdan”, “Döyüş alnımıza yazılıb”, “Dövlət rəmzlərimiz”, “Qan yaddaşımız Xocalı”, “Mən azərbaycanlıyam” mövzularında sualları cavablandırmışdırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ