Biletlər satışa çıxarılıb.
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1,2,5,10 AZN üzrə dəyişir. VİP sektor 50 AZN-dir.
Biletlər kassalarda satılır.
Qeyd edək ki, noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” öz meydanında Londonun “Tottenhem” klubunu qəbul edəcək.
Bunu nəzərə alaraq, klub Bakı Metropoliteni İdarəsinə müraciət edib ki, oyun günü Bakı metrosu gec bağlansın. Belə ki, oyun başa çatdıqdan sonra azarkeşlərin metro nəqliyyatından yararlanması mümkün olacaq./oxu
7news.az








