RU
“Qarabağ” üçün zəif, “Qəbələ”yə isə güclü rəqiblər
10:57
1852

“Qarabağ” üçün zəif, “Qəbələ”yə isə güclü rəqiblər

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

7News.Az xəbər verir ki, artıq "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinin tərkibi məlumdur.

"Qarabağ" reytinq sıralamasına görə daha güclü komandaların yer aldığı “səpələnmişlər” səbətində yer alacaq. Ağdam klubunun rəqibi isə “səpələnməmişlər” qrupunda yer alan 22 komandadan biri olacaq. "Qəbələ" isə "səpələnməmişlər" qrupunda qərarlaşıb. "Qırmızı-qaralar"ın rəqibi daha güclü komandalardan biir olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.

“Səpələnmişlər”: “Şaxtyor” (Donetsk, Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “AZ Alkmar” (Hollandiya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Praqa, Çexiya), PAOK (Yunanıstan), “Genk” (Belçika), BATE (Belarus), “Sent Etyen” (Fransa), “Gent” (Belçika), “Krasnodar” (Rusiya), “Rapid” (Vyana, Avstriya), “Slovan Liberets” (Çexiya), “Maribor” (Sloveniya), “Makkabi” (Tel-aviv, İsrail), “Austriya” (Vyana, Avstriya), “Vest Hem Yunayted” (İngiltərə), “Panatinaikos” (Yunanıstan), “Midyulland” (Danimarka), “Sassuolo” (İtaliya), “QARABAĞ” (AZƏRBAYCAN)

“Səpələnməmişlər”: “Rosenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Astra” (Rumıniya), “Hayduk Split” (Xorvatiya), “Arouka” (Portuqaliya), “Qrasşopers” (İsveçrə), “AEK” (Larnaka, Kipr), “Voyvodina” (Serbiya), “İstanbul Başakşehirspor” (Türkiyə), “Brondü” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Osmanlıspor” (Türkiyə), “Slaviya” (Praqa, Çexiya), “Göteborq” (İsveç), “Dinamo” (Tbilisi, Gürcüstan), “Lokomotiva” (Zaqreb, Xorvatiya), “Trençin” (Slovakiya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Beytar Yerusəlem” (İsrail), “Sonderiske” (Danimarka), “Şkendiya” (Makedoniya), “Partizani” (Tirana, Albaniya)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ