UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək "Qarabağ” və Qazaxıstanın "Kayrat” klublarının start heyətləri açıqlanıb.
7NEWS.Az xəbər verir ki, Komandalar meydana aşağıdakı "11-lik”lə çıxacaqlar:
"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
"Kayrat”: 1. Pokatilov, 4. Alip, 11. Voroqovski, 15. Baqnak, 16. Rikardo Alves, 18. Kante, 20. Duqaliç, 22. Kosoviç, 24. Mikanoviç, 25. Joao Paulo, 33. Polyakov
Baş məşqçi: Kurban Berdıyev
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ” – "Kayrat” matçı saat 20:45-də başlanacaq.
10:20
Bu gün "Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.
7NEWS.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın "Kayrat” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.
Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaqlar. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyi ilə Bakıya gətirilməyib.
Hazırda "Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan "Kayrat” isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.
7NEWS.Az







