RU
“Qarabağ” və “Neftçi”ni gözləyən asan görüşlər - PREVYU
12:00
448

“Qarabağ” və “Neftçi”ni gözləyən asan görüşlər - PREVYU

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. 

7News.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Turun ilk matçında "Sabah” "Keşlə”nin qonağı olacaq. "Qarabağ” isə öz meydanında "Zirə”ni qəbul edəcək. Ağdam klubu qələbə qazansa, ən azı bir günlük vahid lider olacaq.

Sabah isə üçüncülük uğrunda mübarizə aparan "Qəbələ” və "Səbail” görüşəcək. Həmçinin lider "Neftçi” səfərdə autsayder "Sumqayıt”ın qonağı olacaq.

9 mart

16:00 "Keşlə” – "Sabah”
"ASK Arena”. Baş hakim: Rəhim Həsənov

18:30 "Qarabağ” – "Zirə”
Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Rauf Cabbarov

10 mart

14:00 "Qəbələ” – "Səbail”
Qəbələ şəhər stadionu. Baş hakim: İnqilab Məmmədov

16:30 "Sumqayıt” – "Neftçi”
"Kapital Bank Arena”. Baş hakim: Rəşad Əhmədov

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ