Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" Çexiyada "Viktoriya”nın qonağıdır. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
İlk matç heç-heçə başa çatdığından və artıq səfər qolu qaydası ləğv olunduğundan qrupa düşmək istəyən komanda mütləq qələbə qazanmalıdır.
Qeyd edək ki, Ağdam klubu bu gün uğur qazansa, tarixində 2-ci dəfə ÇL-də qrupa yüksələcək (ilk dəfə 2017/18 mövsümündə).
Qeyd edək ki, ÇL-də bütün pley-off cütlərinin məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.
23 avqust
Çempionlar Liqası
Pley-off, cavab oyunu
23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ” (Azərbaycan) - 2:1 (İkinci hissə)
Qollar: Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena
İlk oyun - 0:0








