RU
Qarabağ xalçası Gəncəyə gətirilib- FOTO
15:26
125

Qarabağ xalçası Gəncəyə gətirilib- FOTO

Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi, Mədəniyyət Nazirliyi, "Azərxalça” və "Təmiz Şəhər” ASC-ləri xüsusi layihəyə başlayıb. "Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə Qarabağ xalçası  Gəncəyə gətirilib. Çoxlu sayda vətəndaşların qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və «Qarabağ İlmələrdə» adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur. Yekun 8 noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.
 
7News.Az
 
 






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ