RU
Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ
17:18
449

Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ

Bir müddət əvvəl Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində əsgər Narek Patatanyan müəmmalı şəkildə aldığı güllə yarasından ölüb. 

7News.az xəbər verir ki, tapança ilə özünü başından vuran əsgər xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Patatanyanın özünü öldürməsinin səbəbi açıqlanıb. Məlumatda qeyd edilir ki, o, hərbçi yoldaşları tərəfindən incidildiyi səbəbindən intihar edib. 
Bu faktla bağlı 6 nəfər, o cümlədən leytenant Lavrenti Sərkisyan həbs olunub. 

İnsidentə gəldikdə, sentyabrın 16-da baş Verib. 19 yaşlı Narek Patatanyan başında güllə yarası ilə tapılıb./modern.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ