RU
Qarabağda erməni hərbçi baş nəzarətçiyə atəş açdı, meyiti tapıldı - YENİLƏNİB
15:02
347

Qarabağda erməni hərbçi baş nəzarətçiyə atəş açdı, meyiti tapıldı - YENİLƏNİB

Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində erməni hərbçi Volodya Hamletoviç Qaloyanın ölümünün təfərrüatı məlum olub.

Ermənistan mətbuatı xəbər verir ki, V.Qaloyan iyulun 23-ü gecə saatlarında təhkim olunmuş silahından baş növbətçiyə atəş açaraq hadisə yerindən qaçıb.

İyulun 24-ü saat 04 radələrində isə onun meyiti avtomatı ilə birlikdə nəzarət məntəqəsindən 50 metr kənarda tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

10:54

Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi ölüb.

"Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, iyulun 23-dən 24-nə keçən gecə Qarabağda qoşunların təmas xəttinin cənub sahələrinin birində 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan qeyri-müəyyən şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb və həyatını itirib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ