RU
Qarabağda həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib
18:45
154

Qarabağda həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Bakıda keçirilən görüşündə Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr aparılıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "Twitter" hesabında paylaşıb.

"Macarıstanın xarici işlər və ticarət naziri cənab Peter Siyarto ilə iqtisadi əlaqələrimizin gücləndirilməsi, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə macar şirkətlərinin iştirakı barədə müzakirələr apardıq", - o qeyd edib.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ