Qarabağda Ermənistanın işğalçı ordusunun hərbi qulluqçusu göz nahiyəsinin ağır güllə yarası ilə Xankəndidə yerləşən hərbi hospitala çatdırılıb.
7News.Az xəbər verir ki, bu haqda "Sputnik-Armeniya” məlumat yayıb.
Məlumatda cənub istiqamətində yerləşən döyüş mövqelərindən birində qeyri-müəyyən şəraitdə yaralanan hərbçinin Rafik Vaqanyan olduğu bildirilir.
Yayılan informasiyanı yerli hospital da təsdiqləyib. Vəziyyətinin ağır olması ilə əlaqədar hərbçinin Yerevana göndərildiyi qeyd olunur.
7News.Az








