Hüquqi baxımdan Azərbaycan Qarabağda öz ərazisində əməliyyat aparır. 7NEWS.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycanın apardığı antiterror əməliyyatına münasibət bildirərkən deyib: "Nikol Paşinyan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması ilə razılaşdı. Bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir. Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir”, - deyə Volodin Telegram kanalında yazıb.
"Eyni zamanda, orada yaşayan mülki əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi vacibdir" - deyə Volodin vurğulayıb.








