"Təşkilatçılıq baxımından problemlərin yarandığını qəbul edirəm. Bunun da səbəbi təcrübəsizlik idi”.
7news.Az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
O, dünən UEFA Çempionlar Liqasında baş tutan "Qarabağ” – "Roma” oyunundan sonra nəqliyyat və biletlə bağlı azarkeşlərin narazı qalmasına münasibət bildirib.
Çəlikəl bütün problemləri ilk dəfə bu turnirə qatıldıqlarından və belə böyük stadionda xeyli sayda azarkeşin olmasından qaynaqlandığını deyib:
"Bütün narazılıqlardan xəbərimiz var. Bunlar hamısı ilk dəfə ÇL kimi böyük turnirdə oynadığımızdan qaynaqlanır. Azarkeş sayı da gördüyünüz kimi çox idi. Araşdırma aparırıq və bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”.
7news.Az








