Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu İB, Uçhisar Bələdiyyəsinin təşkilatçılığı ilə
baş tutan gecədə Uçhisar bələdiyyə başqanı Aki Karaarslan, millət vəkili
Q.Paşayeva, bölgənin millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri
və çoxlu sayda yerli sakin iştirak edib. Gecədə çıxış edənUçhisar bələdiyyə
başqanı Aki Karaarslanmillət vəkili Q.Paşayevanın təşəbbüsü və onun rəhbərlik
etdiyi Avarsiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə tarixi
Kapadokyada Qarabağ küçəsi açılışı və"Qarabağdan Uçhisara könül
körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”nin keçirilməsindən və bu işə dəstək
verməkdən böyük məmunluq duyduqlarını deyib. Bələdiyyə başqanıAzərbaycan
və Türkiyə əlaqələrinin möhkəm bağlarla bağlandığını dilə gətirib. Onun sözlərinə
görə bu cür gecələrin təşkili dostluq və qardaşlığımızın göstəricisidir. Daha
sonra söz millət vəkili Qənirə Paşayevaya verilib. O, hər iki ölkənin
birliyinin göstəricisi olan gecədə birlik və qardaşlıq münasibətilə hər kəsi təbrik
edib. "Türkiyənin uğuru bizim və bütün türk dünyasının uğuru, bizim uğurumuz
Türkiyənin və bütün türk dünyasının uğurudur”. Türkiyənin hər bir uğuruna Azərbaycanın
uğuru kimi sevindiyimizi deyən millət vəkili Q.Paşayeva Türk dünyasının ağırı
açılarından da danışıb:” Azərbaycan torpaqlarının 20%- i Ermənistan tərəfindən
işğal edilib və bu işğal bu gün də davam edir. İşğal nəticəsində 1 milyondan
çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də evlərinə dönə bilmədikləri
üçün vətən həsrəti çəkir. Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad
etmək və o insanların öz doğma torpaqlarına qayıtmağı üçün Azərbaycan və Türkiyənin
güclərini daha da birləşdirəcəyinə inanıram. İnşaallah bu cür tədbirləri gələcəkdə
Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Kəlbəcərədə və digər o gözəl torpaqlarda
qeyd edək”. Azərbaycan və Türkiyənin birliyindən bəhs edən gecədə millət
vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə qardaş ölkəyə səfər edən Azərbaycanın
Əməkdar Artisti Aybəniz Haşımova, sənətçi İlham Əsgəroğlu, istedadlı gənc sənətçi
Aynişan Quliyeva, gənc muğam ifaçısı Nicat Kapadokya, Uçhisarlıları Azərbaycan
musiqisi ilə heyran ediblər. Gecə alqışlara qarşılanıb.Gecənin sonunda sənətçilərlə
birlikdə hər kəs "Çırpınırdı Qara dəniz baxıb Türkü bayrağına" əsəri
və "Qarabağ şikəstəsi"ni oxuyublar. Uçhisar bələdiyyə başqanı
deyib ki bundan sonra hər il belə bir gecənin keçirilməsinə
çalışacaqlar. Millət vəkili Q.Paşayeva isə deyib ki hər il qədim
Kapadokyada belə bir gecənin baş tutması üçün dəstək göstərməyə hazırıq və
inanırıq ki Uçhisarlılar bu gün olduğu kimi hər zaman Azərbaycan mədəniyyətini
alqışlarla qarşılayacaqlar. Millət vəkili Q.Paşayeva da Uçhisar bələdiyyə
başqanı Aki KaraarslanaAzərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim
edib. Tədbirlər Prezident Yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə
keçirilib. Millət vəkili Q.Paşayevanın tədbirdə çıxışı








