RU
Qarabağı tərk edən ermənilərin sayı açıqlandı - YENİLƏNİB
10:30
45

Qarabağı tərk edən ermənilərin sayı açıqlandı - YENİLƏNİB

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb.

7News.Az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, insanların bütün gecəboyu keçidi baş tutub.

--------

07:17

Azərbaycan vətəndaşlığını qəbul etməyərək ölkəmizi tərk edən Qarabağdakı ermənilərin sayı gecə saatlarında daha 500 nəfərədək artıb.

7News.Az musavat.com-a istinadən bildirir ki, məlumata görə, saat 00.00-da Qarabağdan Ermənistan ərazisinə daxil olanların sayı 1510-a çatıb. Bu məlumatı Ermənistan hökuməti təsdiqləyib.

Qeyd edək ki, bu 24 sentyabrda Qarabağı tərk edənlərin sayıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ