"Qarabağın Azadlığı Uğrunda Gənclər Birliyi”nə yeni sədr təyin olunub.
Bu barədə "Monitortv.info-ya Keçmiş siyasi məhbus, hal-hazırda İsveçrədə yaşayan Kənan Hacıəkbəroğlu məlumat verib. O qeyd edib ki, bu gündən etibarən sözügedən təşkilata sədrliyi, Milli İdeologiya İnstitutunun sədri, Demokratik Gənclər Hərəktının rəhbəri İsmayıl İslamoğlu edəcək.
"Azərbaycanda Qarabağ mövzusunda gəncliyin aktivliyinin çoxalması, bu istiqamətdə geniş layihələrə imza atmaq məqsədi ilə, biz burada təşkilat komitəsi olaraq toplaşdıq və skype vasitəsi ilə bizimlə canlı yayıma qoşulan İsmayıl İslamoğlunu fəal gənc olduğundan dolayı bu vəzifəyə təyin olunmağı məqbul bildik. Onun bu işin öhdəsindən laiqincə gələcəyinə inanır və buna böyük ümidlər bəsləyirik. Gələcək fəaliyyətində İsmayıl bəyə uğurlar arzulayırıq” – deyə Kənan Hacıəkbəroğlu vurğulayıb.
7news.Az








