Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Marsel" oyununda insident yaşanıb.
Buna səbəb 34-cü dəqiqədə təmsilçimizin bərabərlik qolu olub.
Cinah ötürməsindən sonra İbrahima Vadji hesabı açıb. Baş hakim qolu qeydə alsa da, qonaqların yarımmüdafiəçisi Matteo Qenduzi buna narazılığını sərt şəkildə bildirib.
Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.
Məsələyə müdaxilə edən baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb. Forvardın topu əllə vurmasını etiraf etməsindən sonra çalışdırıcı hakimdən qolun ləğvini istəyib./Apasport
7NEWS.Az








