Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avstriyanın ATƏT-dəki sədrliyinin prioritetləri sırasında olacaq.
7News.Az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Sebastyan Kunts BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 71-ci sessiyasında deyib.
Nazirin sözlərinə görə, 2017-ci ildə Vyana sədrliyinin prioritetləri arasında "Ukraynanın şərqində, Gürcüstanda, Dağlıq Qarabağda və Dnestryanı münaqişələrin nizamlanması da olacaq.








