RU
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub
19:10
267

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Azərbaycan çempionu "Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.

Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Təmsilçimiz bu turnirin pley-offunda "Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.

Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan "Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq. Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində "Qarabağ” Fransa təmsilçisi "Marsel”ə uduzub – 1:3, 0:3./Apasport
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ