RU
“Qarabağın KTMT-ya aidiyyəti yoxdur” – Ermənilərə gözlənilməz cavab
11:10
802

“Qarabağın KTMT-ya aidiyyəti yoxdur” – Ermənilərə gözlənilməz cavab

Dağlıq Qarabağ münaqişəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə heç bir bağlılığı yoxdur və o beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə həll olunmalıdır. Bunu "Sputnik Armeniya”ya müsahibəsində Qazaxıstanın ermənistandakı səfiri Timur Urazayev bəyan edib.

Qazaxıstanın mövqeyi belədir: Biz Dağlıq Qarabağ münaqişəsini təşkilatla heç bir şəkildə əlaqələndirmirik. Çünki bu regional münaqişədir və beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır”, - deyə Urazayev bəyan edib. 

Səfirin qeyd edib ki, Qazaxıstanın bu məsələdə mövqeyi çoxdan məlumdur. Ölkə bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Mən yalnız tərəfləri məsələni sülh yolu ilə həllinə çağıra bilərəm”. /azvision.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ