RU
17:33
399

"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək.
 
7News.az xəbər verir ki, bunu "TASS"-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. 
"2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüflər olsun ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - Volınkin bildirib. 
Diplomat vurğulayıb ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: "Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ yol görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik".//azvision


7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ