RU
“Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib
12:02
422

“Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib

18 dekabr 2015-ci il tarixində YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəçisi olduğu daha bir layihənin - “Qarabağın qurtuluşundan ötən 1 il” layihəsinin açılış tədbiri keçirilib.

Tədbiri giriş sözləri ilə açan layihə rəhbəri Mehti Namazov bildirmişdir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatlar kimi böyük dəstəkçisi olduğu bu layihənin həyata keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə və onlarda xoş gələcəyə olan inamın qətiləşdirilməsinə nail olmaqdır. Layihə rəhbəri sözügedən layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinə təqdim olunacaq əsərlərdə məhz cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin yaratdığı əminlikdən irəli gələrək Qarabağın qurtuluşundan ötən 1 illə bağlı xəyallar öz əksini tapmalı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Daha sonra çıxış üçün sözə başlayan Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə başlamışdır. F.Həsənzadə vurğulamışdır ki, bu tip layihələr gənclərin “Vətən”, “Azərbaycan”, “Qarabağ” və digər ağır çəkili sözləri daha dərindən dərk etməsinə səbəb olur və belə tədbirlərin sayəsində Qarabağın işğaldan qurtuluşu gününün lap yaxınlıqda olduğuna inam yüksəlir. Həmçinin, tədbir iştirakçılarından Suraxanı rayonunun fəal gənci Emil Lətifov və Nərimanov rayonunun fəal gənci Günay İmanova layihənin mövzusu ətrafında fikirlər söyləmiş, belə vətənpərvər layihələrin mütəmadi olaraq təşkil edilməli olduğunun və gənclərin Qarabağla bağlı daha dolğun informasiyalara yiyələnə bilməsi üçün kiv-lərin fəallığının artmasının vacibliyini qeyd etmişdir.

Tədbirin sonunda iştirakçıları layihə ilə bağlı maraqlandıran suallar cavablandırılmışdır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ