Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub.
7News.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın yer aldığı E qrupunda "Sportinq" doğma meydanda "Arsenal"ı qəbul edib. Matç İngiltərə klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
3 turdan sonra maksimum nəticə göstərən "Arsenal" qrupun lideridir. 6 xalı olan "Sportinq" ikinci, 3 xala malik "Vorskla" 3-cü pillədədir. Bütün oyunlarda uduzan "Qarabağ" isə qrupun autsayderidir.
"Sportinq" - "Arsenal" 0:1
Qol: Denni Uelbek, 78
7News.Az










