RU
18:08
1270

"Qarabağ"ın sabiq futbolçusu Hollandiya klubunda

2015/2016 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Samuel Armenterosun yeni klubu müəyyənləşib.

7News.az-ın Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, isveçli hücumçusu yenidən sabiq komandası "Herenven"ə qayıdıb.

Artıq 26 yaşlı futbolçunun Hollandiya təmsilçisi ilə razılığa gəldiyi bildirilir. Armenterosun yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2008-2009-cu illərdə "Herenven"də çıxış edən Armenteros ötən mövsümü "Qarabağ"da keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ