RU
“Qarabağ”ın yeni transferi: “Məni “Rus” deyə çağırırlar” - VİDEO
15:50
536

“Qarabağ”ın yeni transferi: “Məni “Rus” deyə çağırırlar” - VİDEO

"Qarabağ”ın yeni transferi, millimizin futbolçusu Rüstəm Əhmədzadə blits müsahibə verib.

Futbolçunun "Qarabağ”ın "YouTube” səhifəsinə verdiyi müsahibəsini təqdim edir.

- Doğuldunuz yer?

- Ukraynada doğulmuşam. Amma əslim Ucar rayonundandır.

- Hansı nömrəni seçdiniz və niyə?

- 97 nömrəni. Çünki 9 və 7 rəqəmləri xoşuma gəlir. Hiss etdim ki, 97 nömrəni götürmək lazım idi ki, qollar vurum, uğurlu olsun.

- "Qarabağ”da ilk gününüz necə oldu? Sizi nə təəccübləndirdi?

- Məni peşəkar yanaşma təəccübləndirdi. Yaxşı münasibət göstərdilər, xoş qarşıladılar. Klubda əla atmosfer var. Hər şey yüksək səviyyədədir və futbol oynamaq üçün hər cür şərait var.

- "Qarabağ”a keçidinizi bir sözlə ifadə edin...

- Gələcəyə doğru böyük addım!

- İzlədiyiniz ən gözəl qol?

- İbrahimoviçin İsveç millisində vurduğu qol (İngiltərə millisinə vurduğu qolu nəzərdə tutur – red.). Qapıçı önə çıxmışdı, uzaq məsafədən başı üzərindən akrobatik zərbə ilə qol vurmuşdu.

- Ronaldu, yoxsa Messi?

- Bu suala cavab vermək çətindir. Ancaq mən Ronaldunu daha çox bəyənirəm. Lakin Messinin daha yaxşı olduğunu deyənlərlə də mübahisə etməyəcəyəm.

- Azərbaycan, yoxsa Ukrayna mətbəxi?

- Azərbaycan mətbəxi.

- Həyatınızın ən gözəl günü?

- Bilmirəm... Yəqin ki, doğulduğum gün.

- Uşaqlıqda sizi necə çağırırdılar?

- Həmişə məni adımla çağırıblar. İndi isə əsasən hamı qısaca "Rus” deyə çağırır.

- Futbol olmasaydı, hansı idmanı seçərdiniz?

- Çətindir bu haqda danışmaq. Ancaq bu haqda düşünmüşəm. Böyük ehtimalla, kiberidman sahəsində özümü sınayardım. "Counter Strike” oynayanam. Bu oyuna marağım var.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ