RU
“Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”
23:40
622

“Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”

"Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Zaxarova erməni jurnalistin Əsgəran üzərindən Vardenis-Ağdərə və Ağdərə-Xankəndi yolu ilə hərəkətin bərpası məsələsinin Qarabağ üzrə üçtərəfli işçi qrupun müzakirəsinə çıxarılacağı ilə bağlı sualına cavabında bildirib:

 

"Xatırladım ki, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ