RU
Qaradağ icra başçısı Süleyman Mikayılov haqqında daha bir ilginc məlumat
10:18
18871

Qaradağ icra başçısı Süleyman Mikayılov haqqında daha bir ilginc məlumat

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bir aya yaxındır ki, məcburi məzuniyyətə çıxıb. Bu barədə icra hakimiyyətindəki mənbələrdən məlumat daxil olub.

Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məzuniyyət dövrü olmamasına baxmayaraq Mikayılov məzuniyyətə göndərilib. İnformasiyaya əsasən ölkədə mühim bir siyasi prossesin, seçki prossesinin keçirildiyi bir dövrdə icra başçısının məzuniyyətə göndərilməsi şübhələrin və çeşidli informasiyaların ortaya çıxmasına səbəb olub. 


Onun işə çıxmaması ilə bağlı vəzifəsindən azad edilməsi və sair məqamlar ortaya çıxıb. Bildirilir ki, icra başçısı bundan sonra da işə çıxmayacaq və böyük ehtimalla vəzifəsini itirməli olacaq. 

Süleyman Mikayılovun bütün işlərini birinci müavini Emil Abbasov icra edir. Xüsusilə də seçki prossesinə hazırılıq, texniki şəraitin qurulması və sair bütün işlər birinci müavinə həvalə olunub. /gundeminfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ