RU
Qaradağda 27 yaşlı gənci evinin önündə bıçaqladılar
12:40
251

Qaradağda 27 yaşlı gənci evinin önündə bıçaqladılar

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.  

7News.Az xəbər verir ki, insident Ələt qəsəbəsində qeydə alınıb.  

1992-ci il təvəllüdlü Dəmirli Şəhriyar Rövşən oğlu E.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ