RU
Qaradağda 6 ağac qanunsuz kəsilib
21:20
555

Qaradağda 6 ağac qanunsuz kəsilib

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində 6 ağac qanunsuz kəsilib.

Bu barədə 7NEWS.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb: "Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.

 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ