“Shacman” yolun kənarında dayanmış Nəsihət Məmmədovanı vurub.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oktyabrın 27-də saat 01 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsində Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolun kənarında dayanmış Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır./avtoser
7news.az








