RU
Qaradağda itkin düşən 13 yaşlı məktəblinin meyiti görün haradan tapıldı - FOTO
12:41
1151

Qaradağda itkin düşən 13 yaşlı məktəblinin meyiti görün haradan tapıldı - FOTO

Ötən gün Qaradağ Rayonu, Qızıldaş qəsəbəsində 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilsə də heç bir nəticə əldə olunmayıb.

7News.az xəbər verir ki, 13 yaşlı Toğrul Sultanovun meyiti qohumları tərəfindən bu gün səhər saatlarında yaşadığı Qızıldaş qəsəbəsindəki kiçik bir su hövzəsində tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Hazırda 7-ci sinif şagirdinin qətlə yetirliməsi və ya intihar etməsi araşdırılır. Mərhumun qohumlarının sözlərinə görə Toğrul qətlə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan bu ailə Qızıldaş qəsəbəsində yaşayır, Toğrul isə Qaradağ rayonunda yerləşən 180 saylı orta məktəbin 7-ci sinif şagirdi idi. Mərhumun atası daş karxanasında fəhlə işləyir, anası isə evdar qadındır.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ