RU
Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuzun altı kəndi ilə birləşdirən yollar əsaslı təmir olunacaq - SƏRƏNCAM
13:12
128

Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuzun altı kəndi ilə birləşdirən yollar əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.

 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ