Bakıda bıçaqlanma hadisələri baş varib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb.
Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 13-də Biləcəri qəsəbəsində 1987-ci il təvəllüdlü Yelena Qurbanovaya yaşadığı evdə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Sabir Qurbanov tutulub.
7News.Az








