Türkiyənin Şanlıurfa şəhərində narkotik maddə asılısı olduğu deyilən şəxs pul istədiyi bacısı Nurbari M.-dən rədd cavabı alınca mətbəxdən bıçaqı götürərək hücum çəkib.
7News.Az Sondakika-ya istinadən xəbər verir ki, bacısının öncə boğazını kəsib sonra ürəyindən bıçaqlayan 19 yaşlı böyük qardaş Salih M. artıq saxlanılıb.
Cinayət zamanı yuxuda olan valideyinlər qışqırığa oyananda artıq qızlarını qan içində yerdə uzanıqlı vəziyyətdə görüblər.
Hadisə ilə bağlı istintaq davam edir:
7News.Az









