Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Elşad Mustafayevin (1966-cı il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
7news.az xəbər verir ki, Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirlədi nəticəsində ötən il fevralın 1-də saat 22 radələrində Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində şəhər sakini Namiq Əliyevi (1986-cı il təv.) bıçaqıa qətlə yetirməkdə şübhəli bilinən əvvəllər 5 dəfə məhkum olunan Elşad Mustafayev tutulub.
İstintaqın gedişatına məlum olub ki, qətli törədən şəxsin qardaşı neçə il əvvəl vəfat edib, bundan sonra Namiq Əliyev onun qardaşının həyat yoldaşı Gülnarə Qyliyeva ilə yaxın münasibət qurub. Elşad Müstafayev Namiq Əliyevin həmin evə gəlib-getməsini bildikdən sonra, onu qətlə yetirib.
Məhkəmə prosesində Elşad Mustafayev ittiham olunduğu maddə ilə özünü qismən təqsirli hesab ederək, Namiq Əliyevi yaralamaq niyyəti ilə vurduğunu bildirib. Onun sözlərinə görə, Namiqə bıçaqla zərbələr vurduqdan sonra, sonuncu özü gezə-gezə yolla çıxıb gedib.
Zərərçəkmişin hüquqi varisi Vaqif Əliyev Elşad Mustafayev barəsində şikayətçi olmadığını bildirib. Sadəcə olaraq təqsirləndirilən şəxs qınayıb ki, əgər onun kiçin qardaşı Namiqin hər hansı səhv hərəkəti var idisə, gərək gəlib ona deyərdi. "Danışıb, həll edərdik. Sən onun ata-anasını da öldürmüsən, yaralayardın, amma öldürməzdin. Heç olmasa, ayağından vurardın. Özün Namiqi qırağa çəkib, başa salardın".
Şahid qismində dindirilən Gülnarə Quliyeva ifadəsində, Namiq Əliyevi 2003-cü ildən tanıdığını göstərib. "Bizə gəlib, gedirdi, bir dəfə evimizdə təmir işləri aparıb. Bizdə qaz olmadığı üçün Namiq arada odun alıb, gətirirdi. Hadisə günü Elşad evimizdə olan vaxt qapı bərk döyülüb, açanda gördüm ki Namiqdir. Soruşdum niyə gəlmisən, başladı söyüş söyməyə. Bunu eşidən Eşlad yerindən qalxaraq, qarşısına gəlib. Namiq onu da söyəndə, Elşad ona silə vurub. Sonra küçəyə çıxaraq, mübahisə etməyə başladılar.Bir az keçəndən sonra Elşad zəng edib, dedi ki, Namiqi vurdum".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən Elşad Müstafayev apellyasiya şikayəti verərək cəzasının yüngüllədirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq təqsirləndirilən şəxsin şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.










