RU
Qardaşı arvadını öldürən hərbçiyə 20 il həbs verildi
16:00
180

Qardaşı arvadını öldürən hərbçiyə 20 il həbs verildi

Cəlilabadda qardaşı arvadı və onunla görüşən kişini hamamda öldürən Elşən Məmmədova hökm oxunub.

 E.Məmmədov hərbçi olub, N saylı hərbi hissədə pulemyotçu kimi xidmət edib. Buna görə də işə Cəlilabad Hərbi Məhkəməsində baxılıb. Hökmə əsasən, Elşən Məmmədov 20 il müddətə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov qətli qardaşı arvadının əxlaqsızlıq etməsi düşüncəsi ilə törədib. Belə ki, o, evə gələn zaman həyətdə hamamın işığını yanılı vəziyyətdə görüb. İçəri girdikdən sonra qardaşı arvadı və onunla birlikdə başqa bir kişi olduğunu görüb. O, əvvəlcə qadını saçından tutaraq hamamdan çıxarıb. Yalvarışlarına məhəl qoymayaraq, onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra digər şəxsin müqavimətini yumruqlarla qırıb və ardınca bıçaqlayaraq öldürüb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ