Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Dövlət Gömrük Komitəsinin sədr əvəzi, sədrin birinci müavini Şahin Bağırovun müvafiq əmri ilə idarənin rəisi, general-mayor Təmkin Xəlilov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Baş Gömrük İdarəsinin həbs edilən inspektoru Emin Xəlilov generalın qardaşı oğludur.
Xatırladaq ki, bu barədə ilk məlumatı "Qafqazinfo" yayıb.









