Türkiyədə baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb.
7News.az-ın məlumatına görə, qardaş və iki əmioğlunun 15 yaşlı qıza 7 yaşından bəri cinsi təcavüz etdiyi üzə çıxıb. 15 yaşlı yeniyetmənin cinsi təcavüzə məruz qaldığı təsadüf nəticəsində aşkar edilib.
Qızcığazın özünə qapanıq olduğundan şübhələnən bacısı, onu həkimə aparıb. Psixoloqla söhbət zamanı qızcığaz başına gələnləri etiraf edib. Psixoloqun israrı ilə yeniyetmə, ona təcavüz edənlərin kimliyi barədə polisə məlumat verib.
Axtarışlar zamanı qıza təcavüz edən böyük qardaşı həbs edilib. İki əmioğludan biri nəzarətə götürülsə də, digəri hələ də axtarışdadır. Onlar iddiaları rədd etsə də, tibbi ekspertizanın rəyi gənclərin günahkar olduğunu sübuta yetirib. Araşdırmalar davam edir.
7News.az








