RU
Qardaşını bıçaqlayaraq öldürən gənc 14 il azadlıqdan məhrum edildi
16:47
538

Qardaşını bıçaqlayaraq öldürən gənc 14 il azadlıqdan məhrum edildi

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Elvin Mikailovun (1993-cü il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdaə adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, 2013-cü il avqustun 31-nə keçən gecə saat 1 radələrində Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus-42 ünvanda yarləşən "Kral" marketin qarşısında, Valeh Əsədullayev idarə etdiyi "VAZ 2121" markalı avtomaşınla hərəkətdə olarkən yolu keçən üç piyadaya görə təhkükəli vəziyyətlə üzləşib. Belə ki, Natiq Binnatov, Vüqar Dəryahquliyev və onun qardaşı Yaşar yolu keçərkən, sonuncu ani olaraq yolun ortasında dayanıb, bu səbəbdən Valeh qəza şəraiti yarandığı üçün maşını sola sürüb keçib. Təxminən 150 metr irəli getdikdən sonra, iradını bildirmək məqsədilə Valeh avtomobili geriyə sürüb. Marketə daxil omuş həmin şəxsləri avtomobildən düşmədən çölə çağırıb, iradını bildirdikdə sərxoş vəziyyətdə olan Dəryahquliyev qardaşları onu maşından düşürüblər və mübahisə etməyə başlayıblar. Avtomaşında sərnişin kimi qabaq oturacaqda əyləşən Elvin Mikayılov saxlanc yerdən Valeh Əsədullayevə məxsus bir ədəd bıçağı götürüb, Natiq Binnatovun avtomobilin qapısını tutaraq onun düşməsinə mane olmasına baxmayaraq, qapını itələyərək yerə düşüb. Yaşar, Vüqar və Valeh arasında yaranmış mübahisənin ona aidiyyəti olmadığı halda, heç bir əsaslı səbəb olmadan Dəryahquliyev qardaşlarına bıçaq zərbələri endirib. Hər iki yaralı Respublika klinik xəstəxanasına çatdırılcalar da, Yaşar Dəryahquliyev dünyasını dəyişib, qardaşı Vüqara isə vaxtında tibbi yardım göstərildiyindən onun həyatı xilas edilib. Hadısiənin səhərisi günü cinayəti törətməkdə şübhəli bilinən Elvin Mikailov və Valeh Əsədullayev Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İlkin olaraq faktla bağlı Binəqədi rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin edilən məhkəmə-tibb ekspertizasının rəyinə görə, Yaşar Dəryahquliyevin ölümünə kəskin qanitirmə səbəb olub. Qanın kimyəvi tədqiqi zamanı mərhumda orta dərəcəli sərxoşluq kimi qiymətləndirilən 1,74% etil spirti aşkar edilib.

İstintaqın gedişatında şübhəli şəxs kimi saxlanılan Valeh Əsədullayev sonradan iş üzrə şahid kimi tanınıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Mikayılov bildirib ki, dostu Valehə həmin şəxslərin xəsarət yetirməsindən ehtiyyat edib maşının "bardaçokundan" açılıb-qatlanan cib bıçağını götürüb, sonra isə avtomobildən düşüb. Onlara yaxınlaşıb deyib ki, "yeyib-içmisiz vəziyyətiniz yaxşıdı, lazım deyil, gedin sonra gəlib söbət edərik". Bu söz Vüqarın xoşuna gəlmədiyinə görə Vüqar sifətinə yumruq vurub, Elvin də onu vurduqdan sonra aralarında dava-dalaş başlayıb. Vüqar sinəsinə təpik atanda Elvin onu yerə yıxıb, bu an Yaşar qabırğasından vurub və həmin zərbədən o ikiqat əyilib. Vüqar ayağa qalxıb yenidən yumruqla Elvinin sol gözündən vurub qaşını partladıb. Artıq gücü çatmadığı üçün bıçağı çıxarıb bir az gerı çəkilib və özünü qorumaqdan ötrü aləti havada sağa-sola fırlatıb.Onun sözlərinə görə, ola bilər ki həmin vaxt bıçaq Vüqara dəyib. Oradan üzü yuxarı mərkəzə tərəf qaçıb, təxminən 10 dəqiqə sonra Valeh maşınla həmin yerə gələrək onu da götürüb.
Balaxanı qəsəbəsində maşını qoyandan sonra, taksi ilə Saray qəsəbəsinə, orada isə avtovağzala gəliblər. Səhər saat 4-5 arası Ağsu rayonunun Gədəli kəndinə çatıblar.Bıçağı Valehə qaytarandan sonra, sonuncu aləti gölə atıb. Valeh qardaşı Talehlə danışıb bir nəfərin ölməsi, digərinin isə yarala olmasını bildikdən sonra hər ikisi həyəcanlanıb və təslim olmağa qərar veriblər. Bakıya qayıtdıqda polis əməkdaşları onları saxlayaraq bölməyə aparıblar.

Zərərçəkmiş Vüqar Dəryahquliyev bildirib ki, Elvin əlində bıçaq onun üstünə gəlib vurarkən sağ qolu ilə onu itələyib, buna görə qolundan yaralanıb. Yenidən onun üstünə gələndə kəsici alətin sağ çiyninə dəydiyini hiss edib. Daha sonra huşunu itirib, gözünü açdıqda Valehin əlində stul ilə onun başına vurduğunu görüb. Ondan sonra olan hadisələri xatırlamadığını deyən Vüqar Dəryahquliyev artıq xəstəxanada özünə gəlib.

Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edib ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmədə özünü müdafiə xarakterli ifadə verərək, məsuliyyətini yüngülləşdirmək məqsədini güdüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mikayılov cəzasının ilk 1 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İş üzrə hər iki tərəf apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsi cnayət işini araşdıraraq prokurorun protestini qismən təmin edib, qərara əsasən təqsirləndirilən şəxsin cəzası qüvvəsində saxlanılmaqla, həbsxanada qalacağı müddət 1 ildən 2 ilə artırılıb. Binəqədidə bir qardaşı öldürən, diqərini yaralayan şəxsə qəti olaraq 14 iı cəza təyin edilib - (( FOTO ))

Bakı Apellyasiya Məhkəməsi cnayət işini araşdıraraq prokurorun protestini qismən təmin edib, qərara əsasən təqsirləndirilən şəxsin cəzası qüvvəsində saxlanılmaqla, həbsxanada qalacağı müddət 1 ildən 2 ilə artırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ